Tez-tez verilən suallar
Sifariş, çatdırılma və hesabla bağlı ən çox soruşulanlar.
Sifariş və ödəniş
Necə sifariş verim?
Kataloqdan məhsulu seçin, miqdarı göstərib səbətə atın. Səbətdə çatdırılma üsulunu seçib sifarişi təsdiqləyin. Sifariş vermək üçün telefon nömrənizlə qeydiyyatdan keçmək lazımdır.
Necə ödəyirəm?
Yalnız nağd, məhsulu təhvil alanda. Əvvəlcədən ödəniş və kartla ödəniş hazırda yoxdur.
Xidmət haqqı nədir?
Məhsul məbləğinin 3%-i, ən azı 0.30 ₼ və ən çoxu 2.00 ₼. Səbətdə sifarişdən əvvəl göstərilir.
Bir sifarişdə bir neçə fermerdən ala bilərəm?
Yox. Bir sifariş yalnız bir fermerin məhsullarından ola bilər. Başqa fermerdən almaq üçün ayrıca sifariş verin.
Fermer sifarişi nə vaxt təsdiqləyir?
12 saat ərzində. Bu müddətdə təsdiqləməsə, sifariş avtomatik ləğv olunur.
Çəki ilə satılan məhsulda məbləğ niyə “≈” ilə göstərilir?
Fermer məhsulu çəkəndə real çəki sifarişdəkindən bir az fərqlənə bilər (ən çox 15%). Yekun məbləğ real çəkiyə görə hesablanır.
Çatdırılma
Hovuz nədir?
Bir fermerə gələn sifarişlər bir hovuzda toplanır. Cəm fermerin təyin etdiyi minimuma çatanda çatdırılma təsdiqlənir və sifarişlər birlikdə gətirilir.
Hovuz dolmasa nə olur?
72 saat ərzində dolmasa, sizə seçim verilir: bir az da gözləmək, əlavə 3 ₼ ilə tək çatdırılma və ya sifarişi ləğv etmək.
“Özüm götürərəm” necə işləyir?
Məhsulu fermerin göstərdiyi ünvandan özünüz alırsınız: hovuzu gözləmirsiniz və çatdırılma haqqı ödəmirsiniz. Sifariş hazır olandan sonra 3 gün ərzində götürülməlidir.
Təhvil kodu nədir?
Fermer sifarişi təsdiqləyəndən sonra sifarişin səhifəsində 4 rəqəmli kod görünür. Məhsulu alanda onu gətirən şəxsə (və ya fermerə) deyirsiniz — təhvil bununla təsdiqlənir. Kodu məhsulu almadan heç kimə deməyin.
Ləğv və hesab
Sifarişi ləğv edə bilərəm?
Fermer təsdiqləyənə qədər — bəli, sifarişin səhifəsindən. Təsdiqdən sonra ləğv yalnız hovuz dolmayanda verilən seçimlə mümkündür.
Sayt və tətbiq eyni hesabdır?
Bəli. Müştəri tətbiqi ilə sayt eyni hesabı, eyni səbəti və eyni sifarişləri göstərir.
Loyallıq balı necə yığılır?
Bal sifariş çatdırılanda yazılır. Səviyyəniz yüksəldikcə çatdırılma və xidmət haqqına endirim əldə edirsiniz. Balınız “Hesabım” səhifəsindədir.
Hesabımı necə silim?
“Hesabım → Təhlükəsizlik” bölməsindən. Hesab dərhal bağlanır, şəxsi məlumatlar 30 gündən sonra silinir. Bu müddətdə yenidən daxil olsanız, silinmə ləğv olunur.
Cavab tapmadınız?
Fermer və ya kuryersinizsə, sizin üçün ayrıca səhifələr var.