AqroLink

Fermerlər üçün

Məhsulunuzu birbaşa alıcıya satın

Bazara aparmağa, vasitəçiyə ucuz verməyə ehtiyac yoxdur. Məhsulu tətbiqə yazın — sifarişlər sizə gəlsin. İlk 3 ay komissiya yoxdur.

Qeydiyyatdan keç
TezlikləGoogle PlayTezlikləApp Store

AqroLink Business — fermerlər və kuryerlər üçün tətbiq

Nə qazanırsınız

  • Qiyməti siz qoyursunuz

    Vasitəçi yoxdur: məhsulun qiymətini, miqdarını və vahidini özünüz yazırsınız.

  • Sifarişlər birlikdə gedir

    Minimum məbləği siz təyin edirsiniz. Sifarişlər hovuzda toplanır — bir sifariş üçün yola çıxmırsınız.

  • Pul əlinizdə qalır

    Müştəri nağd ödəyir. Platformaya komissiyanı həftədə bir dəfə köçürürsünüz.

  • Özünüz və ya kuryer

    Məhsulu özünüz çatdıra, rayonunuzun kuryerinə verə və ya yalnız yerində sata bilərsiniz.

  • Yerində satış

    Götürmə ünvanını və saatlarını yazın — müştəri gəlib özü alsın.

  • Təsdiqlənmiş fermer nişanı

    Sənədləriniz yoxlanandan sonra məhsullarınız kataloqda görünür və profilinizdə nişan çıxır.

Necə başlamaq olar

  1. 1

    Qeydiyyatdan keçin

    Saytda və ya AqroLink Business tətbiqində "Fermer" seçib telefon nömrənizlə qeydiyyatdan keçin.

  2. 2

    Sənədləri göndərin

    Şəxsiyyət və təsərrüfat sənədlərinin şəklini yükləyin. Yoxlamadan sonra satışa başlayırsınız.

  3. 3

    Məhsul əlavə edin

    Şəkil, qiymət, miqdar, rayon. Çəki ilə satılan məhsulu ayrıca işarələyin.

  4. 4

    Sifarişləri qəbul edin

    Yeni sifarişi 12 saat ərzində təsdiqləyin, hazırlayın və təhvil kodu ilə verin.

Şərtlər

Rəqəmlər dəyişə bilər — qüvvədə olan şərtlər tətbiqdə göstərilir.

KomissiyaSatılan məhsulun məbləğindən; kateqoriyaya görə fərqlənə bilər
10%
Yeni fermer üçünSənədlər təsdiqlənən gündən sayılır
3 ay 0%
Sifarişi təsdiqləmə müddəti
12 saat
HesablaşmaHər bazar ertəsi yaranır
Həftəlik
Borc limitiLimitə çatanda yeni sifariş qəbulu dayanır
300 ₼

Tez-tez verilən suallar

Komissiya nə qədərdir?

Satılan məhsulun məbləğindən 10% (bəzi kateqoriyalarda faiz fərqli ola bilər). Qeydiyyatdan sonra ilk 3 ay komissiya tutulmur. Faiz sifariş veriləndə sabitlənir.

Komissiyanı necə ödəyirəm?

Müştəri pulu sizə nağd verir. Platformaya düşən məbləğ hesabınızda borc kimi yığılır və hər bazar ertəsi həftəlik hesablaşma yaranır. Ödəniş rekvizitləri tətbiqin “Qazanc” bölməsindədir.

Borc limiti nədir?

Platformaya ödənilməmiş borcunuz 300 ₼-a çatanda yeni sifariş qəbulu dayandırılır. Borcu ödəyən kimi hesab özü açılır.

Sifarişi vaxtında təsdiqləməsəm nə olur?

12 saat ərzində təsdiqləməsəniz və ya rədd etməsəniz, sifariş avtomatik ləğv olunur və məhsul stoka qayıdır.

Çəki ilə satılan məhsulda məbləğ necə hesablanır?

Məhsulu hazırlayanda real çəkini yazırsınız (sifarişdəkindən ən çox 15% fərqlənə bilər). Yekun məbləğ real çəkiyə görə yenidən hesablanır.

Saytdan satış edə bilərəm?

Bəli: saytda fermer kimi qeydiyyatdan keçib sənədlərinizi göndərə, məhsullarınızı, sifarişlərinizi, çatdırılma hovuzlarınızı və qazancınızı idarə edə bilərsiniz — Business tətbiqindəki kimi.

Satışa bu gün başlayın

Qeydiyyat pulsuzdur. Saytda qeydiyyatdan keçin və ya AqroLink Business tətbiqini yükləyib “Fermer” rolunu seçin.

Qeydiyyatdan keç
TezlikləGoogle PlayTezlikləApp Store